Koronavirus əsasən Azərbaycanın bu bölgəsində yayılıb - Rəsmi

21:42 23.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu günədək Azərbaycanda 1000 nəfərə yaxın şəxs karantində saxlanılır.

Hafta.az-ın məlumatında görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın mətbaut konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

O qeyd edib ki, virus aşkarlanan şəxslər əsasən 29-50 yaş arasındadır:

"72 şəxsdə koronavorus aşkarlanıb, 10 nəfər sağalıb, 1 nəfər vəfat edib. Fevralda koronavirus Azərbaycana idxal olunurdusa, martdan başlayaraq koronavirus ölkə daxilində yayılmağa başlayıb. Xəstələrdən 30 nəfəri xaricdən gələnlərdir, qalanları ölkə daxilində yoluxanlardır. Koronavirus əsasən cənub zonasında yayılır".